Klubların 2016-cı il üçün daha bir reytinq siyahısı açıqlanıb. 

Unikal.org-un apasport.az-a istinadən məlumatına görə, futbol reytinqləri portalı Avropanın ən yaxşı 1000 klubunun cədvəlini tərtib edib.

Siyahıda ölkəmizin 5 klubu yer alıb. Ən yaxşı Azərbaycan təmsilçisi "Qarabağ 1947,37 xalla qitənin 166-cı komandasıdı. 1792,44 xala malik "Qəbələ isə 514-cü yerdədi. "İnter 566-cıdı - 1775,13.

"Zirə və "Kəpəz də ilk "minliyə düşə bilib. Hesabında 1680,63 xal olan qəsəbə təmsilçisi 927-cidi. Onlardan 3,91 xal geridə olan gəncəlilər 942-cidi.

Qeyd edək ki, cədvələ hesabında 2468,68 xala malik "Bavariya başçılıq edir.