Azərbaycanda ağ civəni 8 min dollara satan şəxslər tutulub.

Unikal.org-un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakinləri Faiq Nəbiyev və Məmməd Abdullayev Samux rayonu ərazisində 6 kiloqram 795 qram ağ civəni 8000 ABŞ dollarına satarkən tutulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.