Bakıda Küveyt vətəndaşının içi dollu pulla çantası oğurlandı. 

DİN-dən unikal.org-a verilən məlumata görə, Xətai RPİ 37-ci PB əməkdaşları tərəfindən, dekabrın 28-də Küveyt vətəndaşı Abdullah Alhubaidahın Nobel prospekti ərazisində itirdiyi, içərisində 9645 manat, 500 ABŞ dolları, sənəd, 6 ədəd bankomat kartı, qələm və diplomatik vəsiqəsi olan çantanın Bakı şəhər sakini Əkbər Nəbiyev tərəfindən oğurlanması müəyyən edilmiş və həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Nəbiyev tutulmuşdur.