Bakıda "Elmlər Akademiyası" stansiyasında qadının çantasın oğurladılar. 

DİN-dən unikal.org-a verilən məlumata görə, dekabrın 27-də metronun "Elmlər Akademiyası" stansiyasında Bakı şəhər sakini Fatma Mehdiyevanın çantasından içərisində 120 manat pulu və sənədi olan pul kisəsi oğurlanmışdır.

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Şamil Vəliyev tutulub.