Cəbhə kəndlərimiz bu gecə də atəşə tutulub - RƏSMİ

03 Yanvar 2017 [09:29]


Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 38 dəfə pozub.

Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, işğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Şuraabad, Nəmirli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.








SON XƏBƏRLƏR davamı
2017-02-28
2017-02-27




SORĞU
Topdansatış bazarlarının fəaliyyətini necə qiymətləndirirsiniz?

Çox pis (23.95%)
Pis (27.23%)
Qənaətbəxş (17.37%)
Yaxşı (16.9%)
Əla (14.55%)


TƏQVİM