Sumqayıtda oğurluq edən şəxslər tutulub.

Unikal.org-un DİN-in saytına istinadən verdiyi məlumata görə, ötən il dekabrın 31-nə keçən gecə Sumqayıt şəhərində yaşayan Həsən Fərhadovun evindən açar seçmək yolu ilə 2400 ABŞ dolları və 300 manat pul oğurlanıb.

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini Tacir Həsənov, Sumqayıt şəhər sakinləri Rüfət Nəsirov və Azad Aslanov tutulub.

R.Nəsirovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmyerlisi Ruslan Mirzəyevlə birgə ötən ilin oktyabr ayında H.Fərhadovun evindən 5200 ABŞ dolları oğurlaması da müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə R.Mirzəyev də saxlanılıb.