"Yaxın aylarda Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin sammiti keçiriləcək".

Unikal.org "Report"a istinadən xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, həmçinin Azərbaycan, Türkiyə və Qazaxıstan arasında üçtərəfli format yaratmaq üzərində iş aparılır.

O, eyni zamanda Türkiyənin Qafqaz regionu ilə bağlı təşəbbüslərinin olduğunu qeyd edib.