Daha bir güləşçimizdə dopinq aşkarlandı

05 Yanvar 2017 [11:06]


Azərbaycan idmanında növbəti dopinq qalmaqalı yaşanıb.

Unikal.org apasport.az-a istinadən xəbər verir ki, bu dəfə güləşçimiz Zubair Dibirovun qanında istifadəsi qadağan olunan dərman preparatı aşkarlanıb.

Milliləşdirilən legionerin yunan-Roma güləşi üzrə gənclər arasında keçirilən dünya çempionatındakı testi müsbət nəticə verib. Fransanın Makon şəhərindəki yarış zamanı onun orqanizmində stanozolol metabolites maddəsi aşkarlanıb. Bu səbəbdən də 74 kq çəki dərəcəsində qüvvəsini sınayan Dibirov Dünya Güləş Birliyinin qərarı ilə 4 il müddətinə cəzalanıb. Diskvalifikasiya 2016-cı il oktyabrın 5-dən qüvvəyə minib. O, 2020-ci ilin oktyabrın 4-nə kimi heç bir yarışda çıxış edə bilməyəcək.

Bundan bir qədər öncə digər güləşçimiz Vitali Rəhimovdan Pekin-2008-də götürülən analiz müsbət nəticə vermişdi və təmsilçimiz Olimpiya "gümüş"ündən məhrum edilmişdi.

Qeyd edək ki, Dibirov dünya birinciliyində 1/4 finalda mübarizəni dayandırmışdı.










SON XƏBƏRLƏR davamı
2017-10-21
2017-10-20












SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (11.76%)
Xeyir (88.24%)


TƏQVİM