Səudiyyə Ərəbistanında velosiped sürən, skeytbordla şou göstərən hicablı qadınların rol aldığı klip böyük səs-küy doğurub.

Unikal.org-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ərəb popçusu Məcid əl Əsranın "Hwages" ("Narahatlıq)" mahnısına çəkdirdiyi klip ərəbləri qəzəbləndirib. Mahnının nəqarət hissəsində "Allahım, bizi kişilərdən qoru", "Kişilər bizi dəli edir" ifadəsi yer alıb.

Klip qısa zamanda 2 milyondan çox izlənilib.