Böyük Britaniya Şahzadəsi Harrinin sevgilisi Megan Marklenin kral ailəsinə yaraşmayan fotoları yayılıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, aktrisanın 2003-ci ildə çəkildirdiyi fotosessiya mətbuatda sızıb.

Megan Markle bir çox serialda çəkilib. O, xüsusilə "Suits və "General Hospital serialları ilə məşhurlaşıb. Sosial məsuliyyət layihələrinə də imza atan Megan Markle 2016-ci ildə Ruanda Respublikasına gedib və təmiz su layihəsinin reallaşmasında yerli əhaliyə böyük dəstək olub.

Kral ailəsi tərəfindən çox da sevilməyən Megan bir dəfə evli olub və 2013-ci ildə boşanıb. Mətbuata sızan son fotolardan sonra kral ailəsinin buna necə reaksiya verəcəyi məlum deyil.

Şahzadə Harri isə artıq sevgilisinin ailəsi ilə tanışdır. Məlum olub ki, Harri Meqanın atası ilə yarım il əvvəl tanış olub. 32 yaşlı vəliəhdlə 71 yaşlı Tomas Marklenin tanışlığı şahzadənin Toronto şəhərinə səfəri zamanı baş tutub. Xarici KİV-in yazdığına görə, aktrisanın atası şahzadə ilə tanışlıqdan çox məmnun olduğunu ifadə edib, eləcə də cütlüyə xeyir dua-verib.

Xatırladaq ki, aktrisa şahzadə sevgilisindən 3 yaş böyükdür.