SON XƏBƏRLƏR
25 May 2018
24 May 2018
30 milyondan imtina etdi
İDMAN 10:18 / 06.01.2017
Karlo Bakka Çin klublarının hədəfinə düşüb.

Unikal.org apasport.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl bu ölkənin 3 klubu kolumbiyalı forvardın xidmətində maraqlı olduğunu bəyan etmişdi.

"Milan"ın hücumçusu üçün "Tyanzin Çyuanzyan", "Quançjou Everqrand" və "Şanxay Şenxua" 30 milyon ödəməyə hazırdır.

Daha bir təklif isə "Beyjinq Qoan"dan gəlib. Pekinlilər "Milan"a 30 milyon ödəməklə yanaşı, Bakkanın özünə də bu qədər təklif edir.

Kolumbiyalı isə iş yerini dəyişmək fikrində deyil.
Qeyd edək ki, təcrübəli forvard bu mövsüm "A" seriyasında 14 oyunda 6 dəfə fərqlənib.