Hindistanın Varanasi əyalətində yaşayan 78 yaşlı Kusma Vati adlı qadın artıq 63 ildir ki, hər gün qum yeyir. Onun dediyinə görə, qum yemək uzun ömürlü olmaq üçün ən yaxşı üsuldur.

Unikal.org-un xarici mediaya istinadən məlumatına görə, o,bu vərdişə yeniyetməlik vaxtı xroniki mədə ağrılarından əziyyət çəkdiyi zamanlarda yiyələnib. 15 yaşından qum yeməyə başlayan Kusmavatinin mədə ağrıları da zamanla keçib gedib.

Yaşlı qadının həmin vaxtlardan bircə dəfə də olsun həkimə yolu düşməyib.