FIFA öz versiyasına görə dünyanın ən yaxşı futbolçusuna verəcəyi mükafatı təqdim edib.

Unikal.org-un məlumatına görə, mükafat "The Best ("Ən yaxşı) adlanır.

Məlumdur ki, bu ildən etibarən "Balon D`Or ("Qızıl top) mükafatını yenidən "France Football jurnalı təqdim edir. Jurnalın apardığı sorğuya əsasən, 2016-cı ilin ən yaxşı futbolçusu Kriştiano Ronaldo seçilib.

Ali futbol qurumu isə öz mükafatını yanvarın 9-da Sürixdə təşkil olunacaq mərasimdə təqdim edəcək. Mükafata iddialı 3 futbolçu var: Lionel Messi, Kriştiano Ronaldo və Antuan Qrizman.