Yevlax rayonunun Yədilli kəndində qəbiristanlıqda qeyri-adi muzey var. Burada Rusiya, Ukrayna, Çexiya və digər ölkələrin məzarlıqlarından gətirilən torpaqlar şüşə qablara yığılaraq 50 ilə yaxındır saxlanılır. Müzeydə yaşayış məntəqəsinin tarixini əks etdirən kitablar və fotoşəkillər, hətta ərazidən tapılan çənə sümüyü də var.

Muzey 50 ilə yaxındır fəaliyyət göstərir. Ötən əsrin 60-cı illərində İlyas Daşdəmirov tərəfindən yaradılıb.

Yerli sakinlərin "beynəlxalq müzey adlandırdıqları bina görünüşü ilə də fərqlənir. Məkanın içəri və çöl hissəsindəki rəsmlər, büstlər ziyarətçilərin marağına səbəb olur. Məzarlıqda fəaliyyət göstərən müzeyə kənd sakini Dilarə Dadaşova 30 ildən artıqdır ki həm bələdçilik, həm də nəzarət edir.

56 yaşlı bələdçinin sözlərinə görə, müzeyin yaradıcısı müxtəlif şəhərlərə səyahət edərkən oradan hər hansı qədim əşya deyil torpaq gətirirdi.

Qeyd edək ki, maraqlı məkanın Bakı-Qazax avtomagistralının yaxınlığında yerləşməsi xarici turistlərin də diqqətini çəkir.

Unikal.org xəzərxəbər-ə istinadən mövzu ilə bağlı videomaterialı təqdim edir: