Aslan İsmayılov iş adamına 40 min dollar pul “atıb” - Mürvət Həsənlidən növbəti ŞOK AÇIQLAMA

07 Yanvar 2017 [11:10]


Xəbər verdiyimiz kimi Tanınmış hüquqşunas Aslan İsmayılov iş adamı Murvət Həsənli arasında Türkiyədə fəaliyyət göstərən "Emrə Piliç Qida Sənaye ve Ticarət Limited Şirkəti” arasında məhkəmə çəkişməsinə görə mübahisə yaranıb. Həmin şirkətin hüquqlarını hazırda hüquqşunas Aslan İsmayılov müdafiə edir. Bunun üçün Aslan İsmayılov Mürvət Həsənliyə qarşı bütün addımların atacağını deyir. İş adamı isə sözügedən şirkətlə əməkdaşlığa son qoymasına səbəb kimi "Emrə Piliç Qida Sənaye ve Ticarət Limited Şirkəti”nin səhmlərinin 30 faizinin erməni əsilli iş adamlarına məxsus olmasını göstərir.

Məsələ ilə bağlı Murvət Həsənli unikal.org-a müsahibə verib. İş adamı iddia edib ki, Aslan İsmayılov ona qarşı şər və böhtanla dolu çıxışlar edir. O həmçinin vurğulayıb ki, Aslan İsmayılov onun tanışı olan Xızır adlı iş adamına 40 min dollar pul "atıb".

-Mürvət bəy, Aslan İsmayılovla aranızda olan məsələ haradan qaynaqlanır?

-Mənim Aslan İsmayılovla heç bir intriqam yoxdur. Ümumiyyətlə Aslan İsmayılov adında problemim mövcud deyil. Şükürlər olsun ki, mənim güvəndiyim yer dövlətimiz və onun başçısıdır. Aslan İsmayılov mənim məhkəmə çəkişməm olduğum "Emrə Piliç Qida Sənaye və Ticarət Limited Şirkət”nin rəhbərinin hüquqlarını müdafiə edir. Amma onun vəkillik hüququ qanunla yoxdur. Millət vəkili Siyavuş Novruzovun bir yazısında oxudum ki, Aslan İsmayılov Dağıstanda hansısa bir hüquq məktəbini bitirib. Oxuduğuma görə, o, nə Moskvada, nə də ki Bakıda hüquq təhsili almayıb. Bu insan məhkəmə çəkişməsi apardığı insanlara sosial şəbəkələr və mətbuat vasitəsi ilə təzyiq edir. İştirak etdiyi bütün proseslərin yüzdə doğsan doqquzunu uduzmuş bir adamdır. Qarşı tərəfi çəkindirmək üçün mətbuatdan pressinq vasitəsi kimi istifadə edir. Məqsədi də pul alıb xərcləməkdir. Bir müddət əvvəl Türkiyədə Xızır adlı bir iş adamı mənə yaxınlaşdı və dedi ki, Aslan İsmayılov 1 il bundan qabaq ondan Gürcüstanda 40 min dollar pul alıb və işini görməyib. Hətta o insanla Bodrumda rastlaşan zaman Aslan bildirib ki, çalışacaq ki pulunu qaytarsın. (Red-İstəyərsinissə onun əlaqə nömrəsində sizə verim) Şər-böhtan, şantaj bu insanın vərdişidir. Onun bədbəxtçiliyi ondadır ki, özü-özlüyündə haqsız olduğunu bilir, yenə də haqsız danışmağa davam edir. Haqqsız məsələni də sosial şəbəkədə elə tərzdə yazır ki, insanları inandırır. İnsanlar elə bilir ki, bu adam İmam, Peyğəmbərdir. Bu insanının içini biləndə az qalır nifrət edəsən. Bu insan 1998-ci ildə Rəsul Quliyevin yanında oldu. Sonra İlyas İsmayılovun ətrafında hərləndi. Kimin pulu varsa onun yanında olur. Hörmətli akamedik Ramiz Mehdiyev haqqında xoşagəlməz fikirlər səsləndirdi. Ancaq dünən Ramiz Mehdiyevə müraciət edir. İnsanın bir mövqeyi olar. Sən vətənpərvər deyilsən, pul ilə sınan adamsan. Sumqayıtla bağlı yazdığında oxuyuram ki, vəkil Vaqif adlı azərbaycanlı bir erməni qadınını vəhşicəsinə döymüşdü. Bu səbəbdən ona məhkəmədə ölüm hökmünün çıxarılmasını istəyib. Bəs bizim insanlarımızın başına ermənilərin gətirdiyi oyunlar? Düşmən bizim vətəndaşlarımızı turbanının içinə doldurub ağzını bağlatdırırsa bəs Aslan onların hüquqlarını niyə müdafiə etmir? Sənəmi qalır ermənini müdafiə etmək? Bizim onunla məhkəmə çəkişməmiz var. Kimin haqlı və ya haqsız olduğunu məhkəmə qərar verəcək.

-Ermənilərlə ortaq olduğu iddia edilən şirkətlə əməkdaşlığınız nə zamandan başlayıb?

-"Emrə Piliç Qida Sənayi və Ticarət Limited Şirkəti” ilə 2009-cu ildən əməkdaşlıq edirik. Həmin ildə toyuqçuluq firmasını qurduq. Biz yumurta istehsal edirik. Eyni zamanda cücə istehsal edib yerli broyler təsərrüfatlarına satırıq. O dövrdə bizdə yumurta olmadığı üçün Ömür deyilən Türkiyə vətəndaşı ilə ticarətə başladıq. Müəyyən münasibətlərimiz var idi. 2015-ci ilin iyun ayının sonlarına doğru bir neçə media qurumlarında Ömür Oralın ortağının erməni olması ortaya çıxdı. O günə qədər mən bu məsələdən xəbərdar olmamışam. Bu məsələ ortalığa çıxan kimi mən həmən İstanbula getdim. Onunla bu barədə danışdım. Mənə bildirdi ki, ortaqları ermənidir. Həmin gün Ömür Orala əməkdaşlığımızın bitdiyini və erməni ortağı olan şirkətlə çalşmaq istəmədiyimi dedim. Bizim onunla il ərzində 50 milyom yumurta almağımıza dair müqaviləmiz var idi. 2015-ci ildə 38 milyona yaxın yumurta almışdıq. Almadığmız yumurtaya görə O, mənim üzərimə cərimə yazdı?. Burada fors-major hadisəsi firmanın ortağının erməni olmasıdır. Mən də erməni ilə ticarət etmək istəmirəm. Həmin zamanlarda Bakıda Türkiyənin tanımış toyuqçuluq şirkətləri çalışırdı. Ömürün firmasının Bakıda tanınmasının səbəbkarı mən olmuşam. O vaxt işləri dayandırdıq. Bir il ərzində aramızda söhbətlər oldu. Həmin söhbətlərdən sonra onlar gəlib Aslanı tapdılar. Onları Aslan İsmayılovla kimin tanış etdiyini bilirəm. Bundan sonra Aslan mətbuat və hüquq mühafizə orqanları vasitəsi ilə mənə təzyiq etməyə başladı. Təbii ki, bunların mənə heç bir təsiri yoxdur. Çünki, mənim güvəndiyim yer dövlətdir və onun başçısıdır. Aslan İsmayılov sosial şəbəkələr və mətbuat vasitəsi ilə mənə təzyiq etməyə çalışır ki, mən bu işdən geri çəkilim və Ömürün istədiyi pulu verim. Bir dəfə də soruşmur ki, mən Ömür Oraldan nə istəyirəm. Məhkəmədə iddiamızda biz Ömür Oraldan 4.8 milyon pul istəyirik. O da almadığımız yumurtaya görə bizdən 1.3 milyon istəyir. Məhkəmə çəkişməsinin mətbuata çıxarılması kimin böhtançı olduğunu göstərir. Əgər məhkəmə ədalətsiz qərar verərsə, bunu ictimailəşdirmək sənin hüququndur. Hər iki tərəf məhkəmənin qərarına hörmətlə yanaşmalıdır. Məhkəmə nə üçündür? Kimin haqq, kimin nahaq olduğunu ayırd etmək üçündü. Bunu gözləmək lazımdır.

-Hazırda işə hansı məhkəmə baxır?

-Məhkəmə bu aydan başlayacaq. Yəni, Ömür Oralla olan məhkəmə davamız Bakı İqtisad Məhkəməsindədir. Bundan başqa Aslan İsmayılova mənə böhtan atdığı üçün dava açmışam. Bu prosesə isə Səbail rayon məhkəməsi baxacaq. Qarşı tərəf Aslan İsmayılova o qədər pul təklif edib ki, onu yalnız həmin pullar maraqlandırır. Bu insan elə bilir ki, 2009-cu il seçkisidir. Kimsə ona geri çəkilməyi müqabilində və hədiyə edəcək.

-Bəlkə, Aslan ismayılovun Sizdən umacağı nəsə var?

-Bunu hiss etməmişəm.

-Şəxsən görüşmüsünüzmü?

-Aslan İsmayılovla iki dəfə şəxsi görüşümüz olub. Hər ikisində də yenə şər-böhtan fikirlər səsləndirib. Hər iki görüşümə görə özüm-özümdən utanmışam. Mən niyə onunla görüşürəmki? Mənim vəklim var. Əgər onun sözü varsa, getsin vəkilimlə danışsın.

-Aslan İsmayılovu bağışlamağı düşünürsünüzmü?

-Yox bağışlamaram. Mən bu işdə sona kimi gedəcəyəm. Məhkəmə qərar verəcəksə, qoyduğum tələbləri Aslan İsmayılov yerinə yetirməli olacaq. Öz səhifəsində təkzib verəcək və üzr istəyəcək. Eyni zamanda, maddi təzminatı da ödəyəcək. Son məhkəmə çəkişməsinə kimi gedəcəyəm.

-Bəs məhkəmədən gözləntiniz nədir?

-(Gülür) Məhkəmənin qərarını ancaq hakim bilir. Bunu kimsə bilmirki? Mənim nə gözləntim ola bilər?

-Türkiyədəki şirkətlə danışıqlar aparırsınızmı?

-Qarşı tərəflə heç bir əlaqəm yoxdur. Çalşıram ki, heç bir əlaqədə saxlamayım.

-Biznesinizi davam etdirirsinizmi?

-Bəli. Biz Xəmsə şirkəti olaraq Azərbaycanda ən böyük yumurta istehsalçıyıq. İldə 30-40 milyon ədəd yumurta istehsal edirik.

-Aslan İsmaylov deyib ki, bu işə başlayanda şirkətin ortağının erməni olduğunu bilməyib?

-Tamamilə yalan danışır. Aslan İsmayılov əvvəlcədən bu işdən xəbərdar olub. Müdafiə etdiyi şirkətin ortağının erməni olduğunu çox gözəl bilirdi. Hətta deyib ki, Azərbaycan qanunverciliyi erməni il ticarət etməyi qadağan etmir. Eyni zamanda bildirib ki, ermənini məmnunluqla müdafiə edər. Özünü həm vətənpərvər, həm də millətçi kimi cəmiyyətə sırıyır.





Amid Əyyuboğlu



SON XƏBƏRLƏR davamı
2017-02-23
2017-02-22




SORĞU
Topdansatış bazarlarının fəaliyyətini necə qiymətləndirirsiniz?

Çox pis (22.86%)
Pis (27.62%)
Qənaətbəxş (17.62%)
Yaxşı (17.14%)
Əla (14.76%)


TƏQVİM