Bakı şəhərindəki "Dəmirci Tower biznes mərkəzində silahlı insident baş verib.

Unikal.org apa-ya istinadən məlumatına görə, hadisə binanın 3-cü mərtəbəsində yerləşən İraq Hava Yollarının ofisində baş verib. Bir nəfərin qətlə yetirildiyi bildirilir.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidədir.

***

"Report"un məlumatına görə, hadisə İraq Hava Yollarının Bakı ofisində qeydə alınıb.
Orta yaşlı naməlum şəxs ofisdə işləyən qızın baş nahiyəsinə odlu silahdan atəş açaraq onu qətlə yetirib.
Hadisənin məişət zəminində baş verdiyi ehtimal edilir.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

***
Bakı şəhərindəki "Demirchi Tower biznes mərkəzində öldürülən şəxsin kimliyi açıqlanıb.
APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, silahlı insident nəticəsində 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Ağalı Əli Valid oğlu qətlə yetirilib. O, "Vinçester tüfəngindən açılan atəşlə öldürülüb. Ə. Ağalı İraqın Azərbaycandakı səfirinin müavininin qardaşıdır.
Qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu saxlanılıb.

***

Bu gün Bakıda ofisdə baş verən qətl hadisəsi ilə bağlı yeni təfərrüat məlum olub.
Bakı Şəhər Prokurorluğundan "Report"a verilən məlumata görə, "İraq Hava Yolları" aviaşirkətinin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Azərbaycandakı Nümayəndəliyində sürücü vəzifəsində işləyən 1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşı Bəşirov Elşən Rəfayət oğlu orada satış üzrə menecer işləyən Ağaəli Əli Valid oğlu ilə aralarında yaranmış şəxsi münaqişə zəminində baş vermiş mübahisə zamanı özünə məxsus "Vinçester" markalı ov tüfəngi ilə bədəninin müxtəlif nahiyələrinə 5 atəş açaraq qəsdən öldürüb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
E.Bəşirov polisə gələrək təslim olub və cinayətin aləti olan ov tüfəngini təqdim edib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.