Xəbər verdiyimiz kimi Bakıda İraq Hava Yollarının ofisində qətl hadisəsi törədilib.

Unikal.org salamnews-a istinadən xəbərinə görə, hadisə "Xətai" metro stansiyasının yaxınlığında yerləşən "Demirchi Tower" Plazada İraq Hava Yollarının Bakı ofisində qeydə alınıb. Qətlə yetirilən şəxsin ofisin meneceri, Masallı rayonu Şərəfə kənd sakini Ağalı Əli Valid oğlu olduğu bildirilir.

Hazırda hadisə yerində Xətai rayon hüquq mühafizə orqanlarının əməkdaşları ilkin müayinələr aparırlar. Artıq qətli törətməkdə şübhəli bilinən Elşən Bəşirov saxlanılıb.

Qeyd edək ki, qətlə yetirilən Ə.Ağalı İraqın Azərbaycandakı Səfirliyində Beynəlxalq əlaqələr üzrə köməkçi kimi fəaliyyət göstərən Nemət Ağalının qardaşıdır.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanıb.