Məşhur rusiyalı aktrisa, "Univer serialının ulduzu Nastasya Samburskaya İnstagram səhifəsində yeni fotosunu paylaşıb.

Unikal.org xəbər verir ki, fotoda aktrisa Bakıda Dağüstü parkda ağacda oturub.

Nastasyanın sözlərinə görə, o Yeni ili belə qarşılayıb.

"Bilirsiniz mən niyə belə uzun müddət olmamışam? Yeni ildən ağacda oturmuşam. Beş gün. Bakıda, - aktrisa fotoya şərhdə yazıb.

Qeyd edək ki, foto bir neçə saat ərzində 70 mindən çox "like toplayıb.