Şaxtalı havada dənizdə çimirlər.

Unikal.org bildirir ki, "Sarayburnu Fatihləri" ləqəbli bir qrup Türkiyə vətəndaşı şaxtalı və qarlı havanın olmasına baxmayaraq dəniz keyfi yaşayırlar.

Qrup üzvlərindən olan Yüksel Sönmez deyir ki, ilin 365 günü dənizdə çimirlər: "Bizim üçün yaz və ya qış fərq etmir. Biz yazdan başlayaraq bədənimizi qışa hazırlayırıq. Heç vaxt xəstələnmirik. Çünki dəniz bizim üçün bir şəfadır. Heç bir temperatura fikir vermədən dənizə giririk".