Mourinyo: "Təəssüf ki, ona oynamaq imkanı vermirəm"

08 Yanvar 2017 [14:48]


"Manchester United"in baş məşqçisi Joze Mourinyo Memfis Depayın klubdakı gələcəyi barədə fikirlərini bölüşüb. 

Unikal.org goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis hollandiyalı yarımmüdafiəçinin mövqeyində ciddi rəqabətin olduğunu diqqətə çatdırıb.

"Memfisin mövqeyində çox futbolçumuz var. Yeganə mövqedir ki, seçim üçün geniş imkanım var. Linqard, Mata,  Reşford, bəzən Runi və Memfis. Onların heyətə düşməsi asan məsələ deyil. Klub rəhbərliyi Depayın getmək imkanı olduğu barədə məni məlumatlandırıb.  Onu zorla saxlaya  bilmərəm. Memfis qalsa, məmnun olaram. O, yaxşı futbolçu və gözəl insandır. Depaya oynamaq şansı vermədiyim üçün üzgünəm. Onun yaşında olan futbolçu müntəzəm meydana çıxmalıdır. Memfis qalsa, bir neçə oyunda onun köməyindən istifadə edəcəm. Sıx qrafikimiz var. Getsə, ona uğurlar arzu edirəm".










SON XƏBƏRLƏR davamı
2017-11-18
2017-11-17










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (9.71%)
Xeyir (90.29%)