Şəkidə mikroavtobus yanıb.

Unikal.org ARB Şəki-yə istinadən xəbər verir ki, hadisə saat 11:30 radələrində meydana gəlib.

55 BN 311 dövlət nömrə nişanlı Məcidov Bayraməliyə məxsus "Mercedes" markalı mikrovatobus təmir zamanı alışıb. Nəticədə mikroavtobusun mühərriki, oturacaqları və tavanı yanıb.

Hadisə yerinə dərhal FHN-nin Şəki yanğından mühafizə hissəsinin briqadası cəlb edilib. Yanğının qarşısı çox böyümədən alınıb. Şəki Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, yanğına səbəb qısa qapanma olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.