"Jeep, "Dodge və "Cryslerin Azərbaycandakı rəsmi təmsilçisi dəyişib.

Unikal.org-un Fins.az-a istinadən məlumatına görə, 2017-ci ildən yeni "Jeep, "Dodge, "Crysler avtomobillərini Azərbaycana "Avtolux Azerbaijan şirkəti gətirəcək. Şirkətdən verilən məlumata görə, hər 3 marka ilə bağlı ötən ilin sentyabr ayında zavodla əldə edilən razılaşmaya əsasən, bu brendlərin Azərbaycanda rəsmi təmsilçisi "Avtolux Azerbaijan seçilib.

Qeyd edək ki, buna qədər "Jeep "Dodge, "Crysler marklarını Azərbaycanda rəsmi idxalçısı "Auto Azerbaijan şirkəti idi. "Avtolux Azerbaijandan əlavə ediblər ki, "Auto Azerbaijan stokda qalan bu markaya aid avtomobilləri sata bilər. Bu ildən etibarən yeni modellərin gətirilməsi hüququ isə rəsmi olaraq "Avtolux Azerbaijana verilib.

Xatırladaq ki, bununla da "Avtolux Azerbaijanın satışını həyata keçirəcəyi avtomobil markalarının sayı 7-ə çatıb. Buna qədər şirkət "Ferrari, "Lamborghini və "Aston Martin superkarlarının rəsmi təmsilçisi idi.