Zidan ən yaxşı baş məşqçi seçildi - Fransada

09 Yanvar 2017 [21:42]


"France Football” nəşri 2016-cı ilin ən yaxşı fransız baş məşqçisinin adını açıqlayıb.

Unikal.org-un məlumatına görə, qəzetin versiyasına əsasən, ötən il Fransanın ən yaxşı məşqçisi "Real”ın çalışdırıcısı Zinəddin Zidan seçilib.

"Zizu” ötən il "Real”la Çempionlar Liqasını, Avropa Super Kubokunu və Klublararası dünya çempionluğunu qazanıb.

Qeyd edək ki, "kral klubu” 44 yaşlı mütəxəssisin rəhbərliyi altında cari mövsümdə keçirdiyi oyunlarda məğlubiyyət üzü görməyib.










SON XƏBƏRLƏR davamı
2017-12-13
2017-12-12










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (8.87%)
Xeyir (91.13%)