"Mən və həmsədr həmkarlarım regiona səfərlə bağlı ən uyğun vaxtı müəyyənləşdirmək üçün sıx şəkildə məsləhətləşmələr aparırıq.

Unikal.org bildirir ki bunu APA-ya Minsk qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland deyib.

Həmsədr təyinatına münasibət bildirən diplomat bundan şərəf duyduğunu qeyd edib: "ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsini daşımaqdan böyük şərəf duyuram. Bu, böyük hissəsini postsovet məkanı üzrə həyata keçirdiyim karyeram boyunca çox yaxından izlədiyim məsələdir. Bilirəm ki, bu münaqişə bütün cəlb olunmuş tərəflərin siyasi iradəsi sayəsində mümkündür.

Mən münaqişənin həllini tapmaq işində aktiv iştirak etmək üçün tərəfləri həvəsləndirmək məqsədilə həmsədr həmkarlarımla sıx işləmək niyyətindəyəm".