Azərbaycanda havanın temperaturu çoxillik normadan 2-3 dərəcə yüksəkdir.

"Bu gün Azərbaycanda müşahidə olunan havanın temperaturu çoxillik normadan 2-3 dərəcə yüksəkdir". Unikal.org Apa-ya istrinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

M.Həsənov bildirib ki, belə hava şəraitinin olması cənubdan hava kütlələrinin ölkə ərazisinə daxil olması ilə əlaqədardır.

Onun sözlərinə görə, yanvar ayında belə havanın olması anomal haldır və çox az-az hallarda qeydə alınır: "Son 10-15 ildə ölkə ərazisində belə hal müşahidə olunmayıb. Sonuncu dəfə 2010-cu ildə havanın temperaturu iqlim normasına bir qədər yaxın olub. Amma o zaman çoxillik norma ilə bir dərəcə fərq var idi. Bu il isə rayonlarda, o cümlədən Bakıda havanın temperaturu çoxillik normadan 2-3 dərəcə yüksəkdir.

M.Həsənov vurğulayıb ki, hündürlüyü 500-600-dən yuxarı olan dağlıq ərazilərdə isə hava şəraiti çoxillik normaya uyğundur.