"Tramp məni burada saxlasa, mən qalacağam”

10 Yanvar 2017 [11:55]


"Cənab Tramp məni burada saxlasa, mən qalacağam”.

Unikal.org xəbər verir ki, bunu APA-nın sualını cavablandıran ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
"Mən prezidentin təyinatı ilə bu vəzifədə çalışıram. Biz ilk növbədə ABŞ prezidentinin nümayəndəsiyik. Cənab Tramp məni burada saxlasa, mən qalacağam”, - deyə o vurğulayıb.

Qeyd edək ki, "New-York Times” qəzeti diplomatlara istinadən yazıb ki, Donald Tramp inauqurasiya mərasimindən sonra xarici ölkələrdə fəaliyyət göstərən ABŞ səfirlərini geri çağıracaq. Bununla bağlı ABŞ Dövlət departamentinə bildiriş də göndərilib.

D. Trampın inauqurasiya mərasimi yanvarın 20-də keçiriləcək.








SON XƏBƏRLƏR davamı
2017-06-23
2017-06-22






SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (20%)
Xeyir (80%)


TƏQVİM