Masallı rayonunda orta məktəb şagirdi idman edən zaman ağır xəsarət alıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Digah kənd orta məktəbində qeydə alınıb.

Məktəbin şagirdi, 2001-ci il təvəllüdlü Fərmanov Əkbər Elman oğlu idman zalında idman edərkən yıxılıb.
Xəsarət alan şagird Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Vəziyyətinin ağır olduğu bildirilir.