Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayan Xalid Musayev uzun illərdir "Canlı işıqfor" kimi fəaliyyət göstərir.

Unikal.org report-a istinadən xəbər verir ki, o, könüllü olaraq hər gün səhər saat 7-dən axşam saat 18:00-dək yollarda piyadaların təhlükəsizliyini qoruyur.

X.Musayev deyir ki, gün ərzində onu təhqir edən sürücülərlə də qarşılaşır, ancaq onu yollarda təhlükəsizliyi təmin etmək məqsədindən heç kim uzaqlaşdıra bilməz.

O, yolda təhlükəsizliyi təmin etməklə yanaşı, həm öz nəvələrinə, həm də məktəblilərə yol hərəkəti qaydalarını da öyrədir.