İstanbulda qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar olaraq şəhərdəki bütün təhsil müəssisələri sabah da bağlı olacaq. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə, o cümlədən İstanbulda ötən həftənin cümə günündən qarlı-şaxtalı hava şəraiti müşahidə olunur

Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq İstanbulda bərə nəqliyyatı, aviareyslər təxirə salınıb.

Qeyd edək ki, sinoptiklər əlverişsiz hava şəraitinin hələ davam edəcəyini bildirirlər.