Türkiyənin Qaziantep vilayətində polis idarəsinə silahlı hücum olub.

Unikal.org
-un Türkiyə mətbuatına istinadən xəbər verir ki, Vilayət Polis İdarəsində (Əmniyyət Müdirliyi) atışma başlayıb.

 
Hadisə yerinə xeyli təcili tibbi yardım maşını cəlb olunub. Hazırda Qaziantepdə Polis İdarəsinə hücum edən terrorçu məhv edilib.

Qeyd edək ki, 3 terrorçu-kamikadze binaya daxil olmağa cəhd edib və nəticədə atışma olub. Atışma zamanı terrorçulardan biri öldürülüb, polis əməkdaşı isə yaralanıb.