Müğənni Mətanət Əsədovanın "Subaykən evliyəm, evliykən subayam. Toyum olmayacaq. Gözləməsinlər" açıqlaması müzakirəyə səbəb olub.

Unikal.org xəbər verir ki, "10-dan sonra" verilişində yayımlanan süjetdən sonra aparıcı Yusif Ağayev və jurnalist Vüqar Vüqarlı arasında maraqlı söhbət olub. Belə ki, ifaçının keçən il verilişlərin birində tezliklə toyum olacaq deməsi və indi də xəbəri təkzib etməsi marağa səbəb olub.

"Mətanətin danışmağı Elzanın oxumağına bənzədi. Bu fikirlər də Elzanın ifası kimi çətindi, abstraktdı" deyən, Vüqar Vüqarlıya aparıcı Yusif Ağayev məsxərə edərək belə cavab verib:

"Hər cümə axşamı Elzanın burada elə gözəl oxumağı var ki... Nə danışırsan sən".