SON XƏBƏRLƏR
22 Iyun 2018
Hava şəraiti "Qarabağ"ın planını pozdu - FOTO
İDMAN 22:41 / 10.01.2017
Antalyada təlim-məşq toplanışında olan "Qarabağ” hazırlığını davam etdirir. 

Unikal.org klubun saytına istinadən xəbər verir ki, hazırlığın altıncı günündə meydançada iki məşq nəzərdə tutulmuşdu.

Lakin bu gün Antalyada kəskin hava şəraiti ilə əlaqədar olaraq, komanda ilk məşqini fitnes zalında keçirib. "Qarabağ”lı futbolçuların trenajor məşqləri təxminən 1 saat davam edib.

Qeyd edək ki, "Qarabağ”ın baxışa dəvət etdiyi Rusiyanın "Amkar" komandasının yetirməsi Rinat Hüseynov artıq Ağdam klubunun düşərgəsindədi.