Elmar Rüstəmov bank rəhbərlərini toplayacaq - MƏRKƏZİ BANK TƏSDİQLƏDİ

11 Yanvar 2017 [11:18]


Mərkəzi Bankın sədri Elman Rüstəmov bank rəhbərləri ilə görüşəcək.

Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev Unikal.org-a məlumatı təsdiqləyib. O tədbirin nə vaxt keçiriləcəyindən isə xəbərsiz olduğunu deyib.

Xatırladaq ki, Fins.az-ın yaydığı məlumata görə, bununla bağlı Azərbaycanda fəaliyyət göstərən bütün banklara müraciət olunub.
Banklar tədbirdə İdarə Heyətinin sədri və Xəzinədarlıq departamentinin direktorları səviyyəsində təmsil olunacaq. Görüş isə bu gün baş tutacaq. 
Qeyd edək ki, görüşdə bank sektorunda vəziyyətlə bağlı cari məsələlər və Strateji Yol Xəritəsi və Maliyyə Sabitliyi Şurası tərəfindən qəbul edilmiş "2017-ci üzrə maliyyə sabitliyinin təmin edilməsi dair planla” bağlı müzakirələr aparılacaq.

Amid









SON XƏBƏRLƏR davamı
2017-12-13
2017-12-12










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (8.87%)
Xeyir (91.13%)