Tanınmış müğənni Ömür Gedik "Kanal Ddə yayımlanan "Rəngli səhifələr proqramının qonağı olub. O, verilişdə verdiyi açıqlamaları ilə izləyiciləri təəccübləndirib.

Unikal.org xəbər verir ki, Ö.Gedik yol qəzası nəticəsində ölən çox sevdiyi pişiyi Kaliko haqqında danışıb.

"Onu yolun ortasında yerdə yatarkən gördüm. Əvvəlcə oyun oynadığını zənn etdim. Əzilməsin deyə onu yoldan götürməyə gedərkən, yaxınlaşdıqca başından qan axdığını gördüm. Dərhal qucağıma alıb yaxınlıqda olan baytara getdim. Tibbi müdaxilə olundu. 5 dəqiqə sonra Kalikonu mənə gətirdilər və öldüyünü söylədilər. Çox kədərləndim, çox ağlamışdım. Onu evimizin bağçasında basdırdıq,-deyə o bildirib.

"Bunu söyləmək nə dərəcədə doğrudur, bilmirəm, amma bir ara ona qovuşacağam deyə intihar etməyi düşündüm. Çox çətin zamanlar keçirdim, -deyə ifaçı sözlərinə əlavəedib.

O, "Ölümsüz aşkadlı mahnısını pişiyi Kaliko üçün yazdığını vurğulayıb.