Sabirabadda qanunsuz ov edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, yanvarın 10-da Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində rayon sakini Ağamoğlan Muxtarov qanunsuz ov etdiyi üçün Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb. 

Ondan müvafiq sənədləri olmayan "İJ-17" markalı ov tüfəngi və 8 ədəd dovşan götürülüb.