Nardaranda silah-sursat aşkarlandı - Qəbiristanlıqda

11 Yanvar 2017 [11:59]


Nardaran qəbiristanlığında silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi və Daxili Qoşunlar Baş İdarəsi əməkdaşları tərəfindən Nardaran qəsəbəsi ərazisindəki qəbiristanlıqdan torpağa basdırılmış kisədə "AKMS" markalı silah, 1 ədəd patron darağı, lüləsi və qundağı kəsilmiş 2 ədəd "İJ-16" markalı tüfənglər, 1 ədəd "F-1" qumbarası və 274 ədəd müxtəlif çaplı patron tapılıb.









SON XƏBƏRLƏR davamı
2017-12-13
2017-12-12










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (8.87%)
Xeyir (91.13%)