Türkiyənin Ceylanpınar rayonunda fermer xəstəliyə tutulan buzovunu müalicə etirmək üçün avtomobilinə mindirib xəstəxanaya gətirib.

Unikal.org xəbər verir ki, fermerin bu addımı Türkiyə mediasının gündəminə gəlib. Türkiyə mediası buzovuna avtomobildə kef yaşadan fermer başlığı ilə yazılar dərc ediblər.

İnsanların marağında məmnun görünən kiçik buzovun sahibi fikirlərini belə ifadə edib:

"4 günlük buzovumuz xəstələndiyi üçün baytar həkim tapa bilmədiyim üçün məcburən onu avtomobilin arxa tərəfinə yerləşdirib xəstəxanaya gətirdim. Buzovuma bu qədər maraq görəcəyini təxmin etməmişdim".