Samir Əliyev: "Haqlı olaraq insanlar arasında narazılıq yaradır

Bildergebnis für samir Əliyevİqtisadçı ekspert Samir Əliyev Unikal.org-a mühasibə verib. O, ölkənin sığorta və bank sektorundakı problemlərdən və çıxış yollarından danışıb.


-Azərbaycanda sığorta bazarının vəziyyətini necə qiymətləndirirsiniz?

İnkişaf etmiş ölkələrdə maliyyə bazarının əsasını təşkil edən sahələrdən biri də sığorta bazarıdır. Təəssüflər olsun ki, Azərbycanda sığorta bazarı yaxşı inkişaf etməyib. Bunun obyektiv və subyektiv səbəbləri var. İnsanlar sığorta bazarı haqqda məlumatsızdırlar. Bu sahədə qanunvericilik arzu olunan səviyyədə deyil. Eyni zamanda sığorta şirkətləri işlərini düzgün qurmayıblar. Sığorta hadisəsi baş verən zaman şirkət öz müştərisi qarşısında götürdüyü öhdəliyi yerinə yetirmir. Müxtəlif bəhanələrlə sığorta məbləğini ödəməkdən yayınırlar. Bu da haqlı olaraq insanlar arasında narazılıq yaradır. Bütün bunlar- məlumatsızlıq, inamsızlıq, sığorta sisteminin düzgün qurulmaması ölkədə sığorta bazarının inkişaf etməməsinə gətirib çıxarır. Bu gün Azərbaycanda sığorta bazarı icbari sığorta hesabına inkişaf edir. Bank olmayan kredit təşkilatlarının aktivləri sığorta şirkətlərinin aktivlərindən çoxdur. Könüllü sığorta çox pis vəziyyətdədir. Halbuki, könüllü sğıorta icbarı sğıortadan birmənalı şəkildə çox olmalıdır. Təəssüf ki, bizdə bu sahədə çox ciddi problem var.

-Konkret olaraq ad çəkə bilərzinimi ki, bu sığorta şirkətlərində problemlər var?

-Ad çəkmək istəməzdim. Burada kommersiya məsələləri var. Ancaq əksəsr şirkətlərdə qeyd etdiyim problemlər mövcuddur. Avtomobilllərə münasibətdə biz bunu müşahidə edirik. Son günlər nəğdsiz ödənişlərlə bağlı dəyişikliyin edilməsi də sığorta şirkətlərinin işini çətinləşdirəcək.

Belə mağazalar əsasən paytaxtda və rayon mərkəzlərindədir

-Nəğdsiz ödənişlər məsələsinə toxundunuz. Niyə Azərbaycanda kütləvi şəkildə nəğdsiz ödənişlərə keçirilmir? Bunun qarşısını alan səbəblər hansılardır?

Bunun səbəbləri çoxdur. İnsanlar nəğdsiz ödənişlərə meyilli deyil. Bu haqda vətəndaşlarda məlumat azdır. Nəğdsiz ödənişlərdən daha çox şəhər əhalisi istifadə edir. Kənd əhalisi bu işdə maraqlı deyil. Azərbaycanda 10 minlərlə mağaza var. Bunların çox az hissəsində Post-terminal quraşdırılıb. Belə mağazalar əsasən paytaxtda və rayon mərkəzlərindədir. Təsəvvür edin ki, kənddə yaşayan bir insan yaxınlıqdakı mağazada post terminal olmadığı üçün şəhər mərkəzinə getməlidir. Buna görə vaxt və əlavə yol pulu itirməlidir. Kütləviləşmə üçün müəyyən stimullaşdırıcı tədbirlər olmalıdır. Misalçün, nəğdsiz ödənişlər dövriyyəsi çox olan sahibkarın vergi ödənişində müəyyən güzəştlər tətbiq olunmalıdır. Bu kimi tədbirlərlə vəziyyəti yaxşılaşdırmaq olar.

"Əgər Mərkəzi Bank tam üzən məzənnəyə keçərsə,...

-Manatın vəziyyəti ilə bağlı nə deyə bilərsiniz?

-Manatın ucuzlaşması davam edəcək. İndiki səviyyədə qalmayacaq. Manatın indiki səviyyədə qalması üçün neft kəskin bahalaşmalıdır. Heç olmasa, 70 dollar səviyyəsinə çatmalıdır. Bu il dolların məzənnəsi yeganə olaraq neftin qiymətindən asılı olacaq. Kəskin bahalaşma olarsa, müəyyən qədər manatın sabitləşməsi müşahidə olunacaq. Manat tələb və təklif əsasında formalaşmalıdır. Onun məzənnəsinə heç bir müdaxilə olmamalıdır. Ancaq bu gün Mərkəzi Bank manatın məzənnəsini inzibati yollarla tənzimləyir. Əgər Mərkəzi Bank tam üzən məzənnəyə keçərsə, bu Azərbaycanda kəskin devalvasiya yaradar. Bizdə bazarın dollarla təminat məsələzi çox məhdud kanallarla həyata keçirilir. Ona görə də tam olaraq üzən məzənnəyə keçid kəskin mənfi dəyişikliyə səbəb olar. Azərbaycan iqtisadiyyatı tam üzən məzənnəyə hazır deyil. Gözlənti odur ki, manat ucuzlaşmaqda davam edəcək.

"Bu məsələ həllini tapmadıqca bankların vəziyyəti pisləşir

-Dollar kreditləri ilə bağlı problem hara qədər davam edə bilər?

-Getdikcə, dollarla krediti olan insanlara güzəşt olunması ehtimalının aşağı düşməsini müşahidə edirəm. Düşünürəm ki, dövlət tərəfindən hər hansı bir güzəşt olunmayacaq. Bütün proses banklarla əhalinin öhdəliyinə buraxılıb. Banklar müəyyən güzəştlər tətbiq edirlər. Əvvə müddəti uzatdılar, sonra müdəti aşağı saldılar. Son günlər bəzi banklar dollar kreditlərini günün məzənnəsinə uyğun olaraq manata çevirirlər. Düzdür, bu məznnə bazar qiymətindən aşağıdır. Amma yenə də haqlı olaraq vətəndaşları qane etmir. Burada həm bank, həm də əhali zərər çəkir. Dəfələrlə demişik ki, dövlət kompensasiya verməlidir. Belə görünür ki, heç bir kompensasiya verilməyəcək. Proses uzanacaq. Banklar vətəndaşı qane edə biləcək dərəcədə güzəşt etməli olacaqlar. Hələki proses açıq qalıb. Düşünürəm ki, bu problem həll edilməlidir. Bu məsələ həllini tapmadıqca bankların vəziyyəti pisləşir. 13 bank bağlandı. Hazırda bağlanmağa namizəd olan banklar var. Problem həll eilməsə, bazarı tərk edən bankların sayı artacaq.