"ARB TV"də yayımlanan"Türk şou-maqazin" verilişinin qonağı əməkdar artist Məlahət Abbbasova olub.

Unikal.org xəbər verir ki, Türkiyədə yaşayan aktrisa oradakı işlərindən danışıb:

"İşlər həddindən artıq çox olur. Ona görə də asudə zamanlarda dostlarla, buradakı həmyerlilərimizlə görüşürük. Günel Zeynalova, İrada İbrahimova, dəyərli rəssamlarımızla tez-tez bir araya gəlirik.hərdən Günelin atası bizi evinə dəvət edir, ora gedirik. Türkiyə elə ölkədir ki, daim işləməlisən. Dayandınsa, düşəcəksən".