Müğənni Günay İbrahimli haker hücumuna məruz qalıb.

Unikal.org xəbər verir ki, sənətçinin 734 min izləyicisi olan İnstaqram profili ələ keçirilib.

İfaçı mövzu ilə bağlı açıqlama yayıb:

"Hörmətli media nümayəndələri, mənim pərəstişkarlarım, 743 minlik İnstaqram profilim bir neçə saat bundan əvvəl hakerlər tərəfindən ələ keçirilib. Bu məlumatı ona görə sizə bildirirəm ki, profilimin yoxluğu hər kəsi narahat edib.

Mövzu ilə bağlı bizə çox müraciət edirlər, narahatlıqlarını dilə gətirirlər. Hazırda komandam hesabımı geri qaytarmaq üçün əlindən gələni edir. Bununla bağlı sosial şəbəkə idarəçiliyinə müraciət olunub. İnanırıq ki, hər şey öz həllini tapacaq. Həmçinin, bunu edən şəxslər qanun qarşısında cavab verəcəklər".