Xətai rayonunda yol qəza hadisəsi olub.

Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, Nobel prospektində "Toyota və "Mercedes markalı minik avtomobilləri toqquşub. Zərbə güclü olduğundan "Toyota yol kənarındakı səkiyə çırpılıb. Nəticədə sürücü xəsarət alıb.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar. Onların səyi nəticəsində avtomobildə sıxılaraq qalan sükan sahibi oradan çıxarılaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.

Baş verən hadisə ilə bağlı prospektdə bir müddət tıcax yaransa da, sonradan bu vəziyyət aradan qaldırılıb.