Rusiyanın Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski avtoxuliqanların sürgün edilməsini təklif edib.

Unikal.org xəbər verir ki, siyasətçi Cinayət Məcəlləsinə düzəlişlərin edilməsinin vacib olduğunu deyib.

"Cinayət Məcəlləsinə yeni cəza növü daxil etmək lazımdır. Çar dövründə olduğu kimi sürgün cəzası əlavə edilməlidir. Onlar üçün ən qorxunc cəzasını tətbiq etmək, Moskvadan beş il müddətinə sürgün etmək lazımdır. Orada onlara artıq ata və anaları kömək etməyəcəklər, - deyə siyasətçi bildirib.

Beləliklə, Jirinovski "Gelandewagenlə qalmaqallı küçə yarışlarının iştirakçısı, erməni Mara Baqdasaryan barəsində verilən məhkəmə hökmünü şərh edib. Məhkəmənin qərarı ilə Mara Baqdasaryan Moskvada islahedici işlər görəcək.

Daha əvvəl isə Baqdasaryan 24 günlük inzibati həbsə məhkum edilmişdi. Bundan başqa, 170 min rubldan yuxarı cərimə ödəməyə məcbur edilib.

Qeyd edək ki, Moskvada avtoxuliqan kimi tanınan 23 yaşlı Mara Baqdasaryan ət emalı kombinatının sahibi Elmar Baqdasaryanın qızıdır. Mara 15 yaşından maşın sürür və qatı avtoxuliqan kimi tanınır. Onun balansında yüzlərlə ödənilməmiş cərimə və yol qəzaları var. Mara Baqdasaryan ötən il Moskvada dəhşətli qəza törədib. Onun idarə etdiyi BMW X6 avtomobili Kutuzovsk prospektində saatda 200 kilometr sürətlə hərəkət edərək qarşı hərəkət zolağına çıxıb və "Range Roverlə toqquşub. Toqquşma o qədər güclü olub ki, BMW-nin içərisindəkilər avtomobilin qabaq şüşəsindən çıxaraq onlarla metr havada uçublar. Bu qəzada 3 nəfər həlak olub, onlardan biri polis əməkdaşıdır. Qəzada Mara sağ qalıb, lakin sükan arxasında məhz onun olduğunu sübut etmək mümkün olmadığından həbs edilməyib.publika.az