Bir neçə həftə əvvəl ana olan müğənni Canet Cekson islam dinini qəbul edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ötən ilin son aylarında hicab geyinərkən görüntülənən Canetin müsəlman olduğu deyilsə də, xəbərlər əsasını tapmamışdı.

Canet bu yaxınlarda müsəlman olub.

Bu günlərdə onların yeni doğulan körpələrinin adqoyma mərasimi keçirilib. Uşağın qulağına Azan oxunub və iki qoyun qurban kəsilib.