Filmdəki kimi qadını işgəncə verərək zorladı- Kabel ilə döydü, ütü ilə yandırdı

11 Yanvar 2017 [17:29]


İngilis repçi Kortney Haçinson rol aldığı filmdəki ssenarini gənc qadın üzərində tətbiq edib.

Unikal.org-un xarici KİV-ə istinadən məlumatına görə, 20 yaşlı qadını zorla evinə aparan repçi 3 gün boyunca ona işgəncə ilə təcavüz edib və sonra da telefonuna çəkib. Qadın yaralı və çılpaq halda evdən qaçmağı bacarıb.

32 yaşlı manyak repçinin qurbanı olan qadın polisə verdiyi ifadəsində elektrik kabeli ilə döyüldüyünü, ütü ilə yandırıldığını və zorlandığını bildirib. 

Cinayət və mafiya həyatından bəhs edən "The Intent" filmində rol alan repçi bu hərəkətinə görə 23 illiyinə azadlıqdan məhrum edilib.

Hadisə mediada yayımlandıqdan sonra filmin istehsalçıları dəhşətə gəldiklərini açıqlayıblar.









SON XƏBƏRLƏR davamı
2017-05-29
2017-05-28




SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (0%)
Xeyir (100%)


TƏQVİM