Rus alimlərinin əsirlər üzərində DƏHŞƏTLİ TƏCRÜBƏSİ

11 Yanvar 2017 [18:00]


1940-cı illərin sonunda rus tədqiqatçılar 5 əsiri 15 gün ərzində qıcıqlandırıcı qazlar vasitəsi ilə oyaq saxlayıblar. Bu qorxunc təcrübənin detalları, yaşananlar olduqca inanılmazdır. Sözügedən rus yuxu təcrübəsinin həqiqət, yaxud bir şəhər əfsanəsi olub-olmaması isə bilinmir.

Unikal.org rusların 2-ci Dünya müharibəsindən sonra tətbiq etdiyi təcrübənin detalları haqda məlumatı təqdim edir:

Üzərində təcrübə aparılan insanlar 2-ci Dünya müharibəsində düşmən olaraq qəbul edilmiş siyasi dustaqlar idi. Onlar oksigen səviyyəsinin incəliklə nəzarət edildiyi otaqlarda saxlanılırdı. Kamera sistemləri bağlanılmışdı. Onları izləyə bilmək üçün sadəcə mikrofonlar və nəzarət pəncərələri var idi. Otaq kitablarla, su, 5 nəfərə 1 ay kifayət edəcək ərzaqlarla dolu idi.

Onları oyaq saxlamaq üçün qıcıqlandırıcı qazlardan istifadə edilirdi. 30 gün ərzində təcrübəyə dözərlərsə, azad buraxılacaqları mövzusunda razılığı gəlmişdilər. İlk 5 gün hər şey qaydasında idi.

5 gün sonra dustaqlar qaydalardan şikayət eləməyə və onları idarə edənlərin harada olduğunu araşdırmağa başladılar. İki gün sonra onlar bir-biri ilə danışmağı dayandırdı. Qəribəsi isə odur ki, əsirlərdən hər biri bu təcrübəni digər təcrübə obyektinin qazanacağını düşünməyə başladı.

Tədqiqatçılar əvvəlcə bu durumun qazın təsiri olduğunu düşünürdü.

9-cu gün: Qışqırıqlar başlayır

9 gün sonra ilk təcrübə obyekti qışqırmağa başlayır. 3 saat boyu otağın içində qaçaraq qışqırır. Çox zaman səsi sadəcə gurultunan ibarət olur. Araşdırmaçılar onun səs tellərinin parçalandığını ehtimal edirlər. Daha qəribəsi isə digər təcrübə obyektlərinin bu vəziyyətə verdiyi reaksiya idi. İkinci təcrübə obyekti də qışqırmağa başlayır, digərləri isə mikrofona fısıldamağa davam edir. Qışqırmayan təcrübə obyektləri kitabları parçalayıb, səhifələri bir-bir üzlərinə sürtüb nəzarət pəncərələrinə yapışdırdıqları zaman qışqırıqlar o dəqiqə kəsilir.

Daha 3 gün keçir. İçəridəki 5 təcrübə obyektinin səsi gəlmədiyi üçün araşırmaçılar mikrofonların işləyib-işləmədiyini yoxlayır. Mikrafonlarda problem yox idi. Otaqdakı oksigen səviyyəsi hamısına kifayət edəcək səviyyədə idi.

14-cü gün: "Artıq azad olmaq istəmirik”

14-cü gündə araşdırmaçılar əsirlərdən heç bir məlumat əldə etmədiyi üçün otağa girməyə qərar verirlər. Onların ölmələrindən narahat idilər. Anons verirlər: "Mikrafonları yoxlamaq üçün otağa giririk, qapılardan uzaq durun və yerə uzanın. Əks təqdirdə vurulacaqsınız. İtaət edənlərdən biri azadlığa qovuşacaq”.

İçəridən sakit bir səs cavab verir: "Artıq azad olmaq istəmirik”.

Hərbiçilər və tədqiqatçılar arasında bir mübahisə başlayır. Daha çox reaksiya alıb qışqırtmamaq üçün 15-ci günün gecə yarısı otağın qapısının açılmasına qərar verilir. Otaq birdən təmiz hava ilə dolur və yatmağa qoymayan qaz çölə çıxır. Mikrafonlar da o dəqiqə işləməyə başlayır. 3 fərqli səs yalvarır; çöldə onları gözləyən ailələri, sevdikləri olduğunu bildirirlər. Əsgərlərdən üçü təcrübə obyektlərini gətirmək üçün otağa göndərilir. İndiyə qədər eşidilən yüksək səs içəriyə girən əsgərlərdən gəlir.

5 təcrübə obyektindən 4-ü hələ də sağ idi, təbii buna sağ demək mümkünsə...

15-ci gün: Sağ qalan əsirlərin ətləri parça-parça

Ərzaqlara toxunulmamışdı. Əsirlərdən biri ölmüşdü. Arxasına və sinəsinə topa-topa ət doldurulmuşdu. Meyit suyun keçməsini əngəllədiyi üçün otaqda 10 sm hündürlükdə su yığılmışdı. Su sandıqları mayenin isə qan olduğunu o an hiss etməmişdilər.

Sağ qalan 4 əsirin saqqalı uzanıb, dəriləri parça-parça olmuşdu. Dırnaqlarındakı parçalar bu yaraları özlərinin etdiyini göstərirdi. Yaralar və oyuq yerlərindən görünürdü ki, bir-birlərinə hücum da etmişdilər.

4 təcrübə obyektinin hər birində, qarın bölgəsindəki orqanlar və qabırğaları yox kimi idi. Dəri və qabırğaya məxsus olan əzələnin çoxu ağciyərlə birlikdə döş qəfəsinin xaricinə çıxmışdı. Qan damarları və orqanlar sağlam qalsa da, digərlərini çıxarıb yerə atmışdılar.

Ancaq təcrübə obyektləri hələ də "yaşayır”dılar. Dördünün də həzm sistemi işləyirdi. Günlər sonra nəcislərindən yediklərinin öz ətləri olduğu aydınlaşdı. Əsgərlərin çoxu xüsusi təyinatlı idi, ancaq otağa girib təcrübə obyektlərini götürməyə cürət etmirdilər.

Bir rus əsgər boğazına hücum nəticəsində ölür, digəri təcrübə obyektlərindən biri qıçını dişlədiyi üçün yaralanır.

Sağ qalan 4 təcrübə obyektindən birinin dalağı partlayır və qanamağa başlayır. Tədqiqatçılar onu sakitləşdirməyə çalışır, amma mümkün olmur. Normal bir insanın qəbul edə biləcəyi morfidən artıq qəbul etməsinə rəğmən, o, yenə mübarizə aparır. Bir həkimin qolunu və qabırğasını qırır...

Təcrübə obyektinin damarlarında qandan çox hava var idi. Ürəyi dayandıqda belə qışqırmağa davam edir. 3 dəqiqə boyunca özünü döyür. Hamıya hücum edib "daha çox!” sözlərini təkrar etdikcə güclüzləşir, səssizcə yerə yıxılaraq həyatını itirir.

Sağ qalan 3 təcrübə obyekti tam təchizatlı tibb mərkəzinə yerləşdirilir. Sağlam səs telləri olan iki təcrübə obyekti oyaq qala bilmək üçün daha çox qaz tələb edir. Onların orqanlarının yenidən bədənə yerləşdirilməsi mərhələsində sakitləşdirici dərmanlara qarşı immunitet yarandığı məlum olur. Əsirlərdən biri bağlandığı ipə rəğmən qəzəblə ətrafa hücum edir. Onu sakitləşdirmək üçün normadan çox narkoz istifadə edilir və gözləri bağlanır. Nəhayət, onun ürəyi dayanır... Yarılma testlərinin nəticəsində qanın içindəki oksigen miqdarının normadan 3 dəfə çox olduğu müşahidə edilir.

Əməliyyatdakı əsir gülümsəyir: "Kəsməyə davam elə”

Sağ qalan iki nəfər o 5 nəfər arasında ilk dəfə olaraq qışqırmağa başlayanlar idi. Səs qeydləri yox edilmişdi. Yalvaracaq durumda deyildilər. Tək edə bildikləri başlarını nizamsız bir formada hərəkət etdirmək idi. Bunlar narkozdan doğan nəticələr idi.

Növbəti əməliyyatda yenidən narkoz verilir. Əsirlər orqanlar yerləşdirilərkən 6 saat boyu heç bir reaksiya vermir. Bir tibb bacısı bir neçə dəfə xəstənin əməliyyat əsnasında gülümsədiyinin şahidi olur. Əməliyyat bitdikdən sonra xəstə mırıldamağa başlayır. Həkimlərdən biri xəstənin önəmli bir söz deyə biləcəyini düşünüb qələm və qeyd dəftərini götürərək yanına gedir. Xəstənin ağzından çıxan sözlər otaqdakıları dəhşətə gətirir: "Kəsməyə davam elə”.

Komandir yanında olan 3 araşdırmaçıya sağ qalan iki təcrübə obyektinin təkrar kameralara salınmasını əmr edir. Araşdırmaçılardan biri əsirlərin bu halına dözmür, silahını çıxararaq komandiri vurur. Sonra səssiz olan xəstəyə silahı yönəldərək onun beynini dağıdır. Bundan sonra silahı sonuncu əsirə doğru tutaraq sual verir:

- Kimsən sən? Bilmək istəyirəm.

Xəstə gülüməyir:

- Bu qədər asan unutdun? Biz sizik. Biz sizin içinizdə yatan dəliyik. Hər an sərbəst olmağı gözləyən çılğın heyvanlarıq. Biz yatağınızın altında gizlənənlərik...

Araşdırmaçı dayanır. Sonra silahı əsirin ürəyinə tutub atəş açır. O, ölmək üzrəykən "Demək olar ki, azad...”, - deyir.

Qorxunc rus yuxu təcrübəsi həqiqətdirmi?

Bu hekayə qorxuducu hekayələr paylaşan bir saytda dərc edilmişdi. Hekayə heç bir rəsmi sənədlə, yaxud qaynaqla dəstəklənmir. Qeydə alınan ən uzun yuxusuzluq halı 266,5 saatdır (təqribən 11 gün). 1965-ci ildə bir elm sərgisi üçün bu təcrübəni tətbiq edən 17 yaşlı Fresno Kollecinin tələbəsi Randi Qardner Ginnesin Rekordlar Kitabında "Ən çox yatmamaq” üzrə dünya rekorduna sahibdir.

Elm və xüsusilə də "yuxu elmi” tarixində dəfələrlə 8-10 gün boyu yuxusuz qalan yüzlərlə təcrübə obyekti var. Bu araşdırmaların heç birində qeydə dəyər nevroloji, tibbi, psixoloji, yaxud psixiatrik anomaliya təsbit edilməyib.

Bütün bunların xaricində, sürətlə mifə çevrilən bu hekayədə ciddi mənada elmi səhvlər mövcuddur. Məsələn, test şəraiti elmi keçərliliyə sahib olmayacaq qədər qeyri-etikdir.

Elm yuxusuz qalmağın fəsadlarını başqa cür açıqlayır. Yalnız bir gecə yuxusuz qaldığınız zaman konsentrasiya böyük ölçüdə azalar və istədiyiniz bir şeyə diqqətinizi cəmləməkdə çox çətinlik çəkərsiniz. Davamlı olaraq yuxusuz qalmağa cəhd eləsəniz, beynin danışmaq, yaddaş, planlaşdırmaq, zamanı qavramaq kimi ciddi anlayışları iflasa uğrayar. Yuxusuzluq təkcə idrak aktivliklərini deyil, eyni zamanda fiziki vəziyyətimizə də təsir edər.Azpublika.info









SON XƏBƏRLƏR davamı
2017-04-24




SORĞU
Topdansatış bazarlarının fəaliyyətini necə qiymətləndirirsiniz?

Çox pis (29.4%)
Pis (25.63%)
Qənaətbəxş (16.39%)
Yaxşı (15.55%)
Əla (13.03%)


TƏQVİM