“Ailə kəndli təsərrüfatı haqqında” qanun dəyişdi - Prezidentdən TƏSDİQLƏDİ

11 Yanvar 2017 [18:27]


Prezident İlham Əliyev "Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. 

Unikal.org xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 16-cı bəndlərini rəhbər tutaraq, "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

"Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 992) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.5-ci maddədə "vaxtaşırı” sözü "müvafiq icra hakimiyyəti orqanının təklifi əsasında” sözləri ilə əvəz edilsin.

2. 8.1.7-ci və 9.3-cü maddələrdən, 10.2-ci maddənin birinci abzasından "öz səlahiyyətləri daxilində” sözləri çıxarılsın.

3. 13-cü maddədə "qanunvericiliyində” sözü "qanunlarında” sözü ilə əvəz edilsin.

4. 14-cü maddədə "öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən və ya” sözləri "inzibati və” sözləri ilə əvəz edilsin".















SON XƏBƏRLƏR davamı
2017-07-26
2017-07-25








SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (17.39%)
Xeyir (82.61%)


TƏQVİM