Bu gün Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən məlumata görə, qəza rayonun Timiryazev kəndi ərazisində olub.

2009-cu il təvəllüdlü Yusifov Aydın Ramin oğlunu maşın vurub. Kəllə-beyin travması alan azyaşlı Quba Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.