25-85 yaşlı vətəndaşlara hər ay 560 avro veriləcək

11 Yanvar 2017 [20:21]


Avropanın 2 ölkəsində əhaliyə ömürlük ehtiyac maaşlarının verilməsi planlaşdırılır.

Unikal.org "Guardian”a istinadən xəbər verir ki, Finlandiya və Şotlandiya əhalinin maddi etibarsızlıq hissini və həyat standartlarının sabitliyini nəzərə alaraq vətəndaşlarına iş tapsa belə aylıq müavinət vermək qərarı alıb. İlk olaraq Finlandiya hökuməti layihəni qəbul edib və yaşı 25 ilə 85 arasında olan 2 min vətəndaşına pilot layihə çərçivəsində aylıq 560 avro maaş verilməsinə başlanılıb. Pilot layihə başa çatandan sonra bunun bütün ölkə əhalisinə tətbiq edilməsi gözlənilir.

Maraqlıdır ki, dövlətdən stabil maaş alacaq vətəndaşlar bu puldan vergi verməyəcəklər. Onlar iş tapsalar, yüksək miqdarda maaş alsalar da, 560 avroluq aylıq dövlət yardımını əldə edə biləcəklər.

Mütəxəssislər xüsusi ilə şimal ölkələrində insanların depressiyaya tez düşməsini və həyat stadartlarının yenilənməməsini nəzərə alaraq bu addımı müsbət qarşılayıblar.

Şotlandiyada isə bütün əhaliyə qeyd-şərtsiz veriləcək aylıq maaşın insanların sağlamlığına müsbət təsir edəcəyini düşünürlər. Bildirilir ki, bu ölkənin paytaxtı Qlazqoda əhalinin 30 faizdən çoxu yoxsuldur və dövlətin hamı üçün eyni miqdarda ayıracağı pul səhiyyə xərclərinə istiqamətlənəcək.









SON XƏBƏRLƏR davamı
2017-05-29
2017-05-28




SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (0%)
Xeyir (100%)


TƏQVİM