Türkiyənin tanınmış müğənnisi Gülşən ana olub.

Unikal.org-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənninin səhər saatlarında oğlu dünyaya gəlib. Beş ildir ki, sevgili olduğu musiqiçi Ozan Çolakoğlu ilə iyunda ailə quran sənətçi oğluna Azur Benan adını qoyub.

Ozan Çolakoğlu "Rəngli səhifələr verilişinə zəng edərək hisslərini bölüşüb: "Körpə ikimizə də bənzəyir. Benan adını anası qoydu, barmaqla göstərilən, nümunəvi adam mənasındadır. Azur adını mən qoydum. Çox sevdiyim bir ad idi. Səma mavisi mənasındadır. Doğuma girdim, doğulduğu anda özümü tuta bilmədim, ağladım. 9 ay ərzində qarında, sonra qarşınızda görürsünüz, çox qəribə bir duyğudur. Müayinə üçün getdik, həkim dedi ki, doğulmalıdır. Erkən qeysəriyyə kimi bir vəziyyət olmadı. Qeysəriyyə düşünürdük, normal doğuma girdi. Mən özümü itirdiyim üçün Gülşənə çox diqqət edə bilmədim. Yəqin o da ağlayıb. Maşallah boylu-buxunlu bir oğlumuz oldu. Onu qoyub studiyaya gedə bilsəm, Benan üçün mahnı yazacağam. Vətənə, millətə xeyirli bir övlad olar, inşallah.(musavat.com)