"Tanrı dünyanı 7 günə yaratdı. Obama administrasiyasına isə onu yox etmək üçün iki gün artıq zaman lazımdır".

Unikal.org xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yazıb.

"Hər gün Vaşinqtondan yeni xəbərlər oxuyuram. Rusiyaya münasibətdə yeni sanksiyalar, Suriyada başkəsənlərə zenit raket komplekslərinin tədarükü, xarici siyasətin bütün istiqamətlərində ağılsız zərərli fəaliyyətlər-¦ Tanrı dünyanı 7 günə yaratdı. Obama administrasiyasına isə onu yox etmək üçün iki gün artıq zaman lazımdır, - Zaxarova qeyd edib.